SABIS® Təhsil Sistemi

SABIS® Təhsil Sistemi, ötən əsrdən bəri işlənib hazırlanaraq daha da  təkmilləşdirilmiş hərtərəfli bir tədris proqramıdır. Elm, şəxsi inkişaf və həyata hazırlıq arasındakı tarazlığı qorumaqla SABIS® Təhsil Sistemi öz şagirdlərini universitetlərdə müvəffəqiyyətli olmağa hazırlayır, onlarda daim davam edəcək təhsilə olan maraq yaradır və onların simasında beynəlxalq  səviyyəli məsuliyyətə malik vətəndaşlar yetişdirir. Sistem keyfiyyətli təhsil ilə gərgin zəhmət, eləcə də özünə və başqalarına qarşı məsuliyyətdən hissindən ibarət ənənəvi dəyərləri özündə birləşdirir.

SABIS® Təhsil Sistemi, dövr, beynəlxalq ictimaiyyət və qlobal mühit ilə ayaqlaşmaq məqsədilə müntəzəm olaraq yenilənən və yüksək tələbləri özündə əks etdirən beynəlxalq tədris planıdır.

Fəlsəfə və Hədəflərimiz

SABIS® inanır ki, ali təhsil akademik cəhətdən, demək olar ki, bütün şagirdlər üçün əlçatandır. SABIS® eyni zamanda da inanır ki, tədris müəssisəsinin uğuru onun hər bir fərdə verdiyi dəyərlə ölçülməlidir.

  • SABIS® Şəbəkəsinin məktəbləri tədris sahəsində aşağıdakılara nail olmağı qarşısında məqsəd qoymuşdur:
  • Hər bir şagirdi bütün dünyada fəaliyyət göstərən  təhsil ocaqlarına qəbul edilmək üçün  müvafiq yüksək  ixtisas səviyyəsi ilə təmin etmək
  • İngilis dili, riyaziyyat və digər dünya dillərinin mükəmməl şəkildə öyrənilməsinə əsaslanan hərtərəfli təhsil vermək
  • Şagirdlərin tətbiq etdiyimiz üçdilli təhsil sistemindən faydalanmasına imkan yaratmaq
  • Şagirdlərin məntiqi təfəkkür və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək
  • Uzun müddət ərzində öz intellektual bacarıqlarını davam etdirə bilmək qabiliyyətində olan şagirdlər hazırlamaq
  • Daim təhsilə olan həvəsi inkişaf etdirmək
  • SABIS®Şəbəkəsinin məktəblərinin qeyri-akademik məqsədləri aşağıdakı qabiliyyətlərə malik məzunlar hazırlamaqdan ibarətdir:
  • Etik, əxlaqi və mədəni davranış üzrə yüksək standartlara sadiq qalmaq
  • Sosial məsələlərlə bağlı əsaslandırılmış qərarlar qəbul etmək
  • Öz mühakimələrini müdafiə etmək və yaşıdlarının təzyiqlərini dəf etmək
  • Sinifdənkənar və məktəbin idarə olunması, eləcə də, ictimai fəaliyyətlərdə  iştirak etmək
  • Tolerantlığı, əməkdaşlığı və müştərək işi dəstəkləmək
  • Dünyadakı insanların fərqli və oxşar cəhətlərinə hörmətlə yanaşaraq  onları başa düşmək

Dünyada rəqabətin artdığı bir şəraitdə ali təhsil gələcəkdəki nailiyyətlərə öz layiqli töhfəsini verən əsas amillərdən biridir. SABIS® Şəbəkəsinə üzv məktəblərdə təhsil almış demək olar ki, bütün şagirdlər nüfuzlu universitetlərin məzununa çevrilirlər və həmin şagirdlərin əksəriyyəti daha yüksək pilləli  ali təhsil almağa davam edir. SABIS® Şəbəkəsinə üzv olan bütün məktəblər tərəfindən qeyri-selektiv qəbul siyasəti həyata keçirildiyindən SABIS® özünün və şagirdlərin uğurunu SABIS® Təhsil Sisteminin fəlsəfəsi, hədəfləri, eləcə də səmərəlilik və öhdəçilik üzrə tələb etdiyi yüksək standartlarla əlaqələndirir.

Bu Sistem Nə ilə Fərqlənir?

SABIS® inanır ki, ən yaxşı nəticələrə nail olmaq üçün intellektual yanaşma tətbiq edilməlidir. Mükəmməl nəticələrə aşağıdakılar vasitəsilə nail olmaq olar:

  • Planlaşdırma və hazırlıq
  • SABIS® tədris üsullarının  tətbiqinə əsaslanan   metodik və hərtərəfli tədris proqramı
  • Tez-tez aparılan qiymətləndirmələr
  • Davamlı və məqsədəuyğun ardıcıllığın və dəstəyin təmin edilməsi
  • Şagirdlərin təlim prosesində fəal şəkildə iştirak etməyə təşviq edilməsi

Müvəffəqiyyəti təmin etmək üçün mümkün olan bütün vasitələrdən istifadə edilir. SABIS® Şəbəkəsinə üzv məktəblərdə təhsil alan heç bir şagirdin "asanlıqda təslim olmasına" imkan verilmir.

Planlaşdırma və Hazırlıq

Tədrisdən əvvəl əsaslı hazırlıq mərhələsi gəlir. Bütün dərslər, "mövzular" adlandırılan yüzlərlə aydın şəkildə ifadə edilmiş məqsədə əsasən araşdırılır, strukturlaşdırılır və təsvir olunur.

Hər bir fənnin hər bir tədris mərhələsi üzrə müvafiq planı işlənib hazırlanır. Planların hər biri tam şəkildə hazırlanır və bütün öyrədilməli olan “mövzular” və inkişaf etdirilməli olan bacarıqları özündə ehtiva edir. Planların təfərrüatları dəqiq və ölçülə bilən məqsədlərə əsaslanır. Planın xüsusi tərtibatı tərəqqinin vaxt cədvəlinə əsasən ölçülməsinə imkan yaradır. Bütün mərhələlər üzrə planlar növbəti mərhələnin planı ilə uyğunlaşdırılır. Beləliklə, tədrisin davam etdirilməsi baxımından heç bir vacib məsələnin diqqətdən kənarda qalmaması təmin edilir, bu da öz növbəsində bir tədris ilindən digərinə keçidin asan və müvəffəqiyyətli olmasına imkan yaradır.

Tədris Metodikaları

SABIS® Şəbəkəsinə üzv olan məktəblərdə təhsil alan şagirdlər daha az vaxt ərzində təhsilalanlara mümkün olduğu qədər daha çox bilik verən bir mühitin müvəffəqiyyətli tədris mühiti olaraq qiymətləndirən bir sistemdən bəhrələnirlər.  Zaman məhdud və maksimal şəkildə istifadə edilməsi tələb olunan bir resurs hesab edilir. Şagirdlərə təhsil verərkən SABIS® Şəbəkəsinə üzv olan məktəblərin müəllimləri birinci sinifdən yuxarı siniflərə qədər bütün siniflər üzrə həmin SABIS Mövzu Sistemini® tətbiq edirlər. Bu patentləşdirilmiş üsul hər bir dərs üzrə ölçülə bilən və “mövzular” adlanan öyrənmə məqsədlərinin müəyyən edilməsinə əsaslanır və şagirdlərin şagird icmasında fəal şəkildə iştirak etməsini təmin edir.

SABIS Mövzu Sistemində® müəllimlər mövzuları bir-bir təqdim edir və şagirdlərin təqdim edilmiş konsepsiyanı necə başa düşdüklərini nümayiş etdirmələri üçün onların yazılı tapşırıq yerinə yetirmələrini xahiş edir. Sonra müəllim tərəfindən aparılan dərs qrup şəklində davam edir. Burada kiçik, idarə edilə bilən qruplara bölünmüş şagirdlər bir-birlərinin işlərini yoxlayırlar. Qrupun akademik səriştəsini əlaqələndirmək üçün hər qrupdan bir şagird (fənn üzrə prefekt ) seçilir. Fənn üzrə prefekt öz kiçik şagird kollektivinə nəzarət edir və ehtiyac olduqda  qrupun suallarına cavab verir və ətraflı izahat təqdim edir (və ya bunu qrupun digər üzvlərinin etməsi üçün imkan yaradır). Bütün qrupların liderləri müəllimlə sıx əlaqə saxlayır, qrupdakı hər kəs mövzunu mükəmməl şəkildə öyrənənə qədər müəllimə kömək üçün müraciət edir və şagirdlərin öz tapşırıqlarını yerinə yetirməyə davam etməsini təmin edir. Bütün sinif mövzunu mükəmməl şəkildə başa düşdüyünü nümayiş etdirdikdən sonra dərs yenidən müəllim tərəfindən aparılır və öyrənmə tsikli davam edir.

Test sınaqları və onlara Nəzarət

Hər bir şagirdin müntəzəm qiymətləndirilməsi SABIS® Şəbəkəsinə daxil olan bütün məktəblərdə istifadə olunan təlim prosesinin mühüm bir hissəsidir. Şagirdin mənimsəmə səviyyəsini qiymətləndirmək və vaxtında müsbət mənada müdaxilə etmək məqsədilə tez-tez və müntəzəm olaraq test sınaqları keçirilir.

Şagirdlərin bu üsulla yoxlanılmasının bir sıra vacib üstünlükləri vardır:

  • Şagirdlər vaxt məhdudiyyətinin təzyiqi altında yaxşı nəticələr əldə etmək baxımından hazırlıq görür və  verilən vaxtı düzgün təşkil etmə qabiliyyətini inkişaf etdirirlər.
  • Şagirdlər diqqətlərini hər hansı mövzu üzərində daha uzun müddətlər ərzində cəmləşdirmək və saxlamaq qabiliyyətini inkişaf etdirir.
  • Sınaqlardan əldə edilmiş rəylər sıx nəzarət və izləmə imkanı yaradır.

Patentləşdirilmiş SABIS® Məktəbinin İdarə Edilməsi Sistemi şagirdlərin biliklərinin etibarlı şəkildə və qısa müddətdə qiymətləndirilməsi və buna uyğun olaraq sonrakı tədbirlərin səmərəli şəkildə görülməsi baxımından bir sıra proqramlar təklif edir. Bu proqramlardan biri olan SABIS Akademik Monitorinq Sistemi® (SABIS®AMS) şagirdin keçilmiş bütün mövzular üzrə biliyini qiymətləndirmək üçün istifadə edilir. SABIS® AMS şagirdin biliyində “boşluqlar” yarandıqca onların aşkara çıxarılmasına imkan verir. Bu cür "boşluqlar" müəyyən edildikdə müəllimlər və şagirdlər səylərini qrup şəklində onların aradan qaldırılması istiqamətində cəmləşdirirlər. SABIS® AMS, hər bir şagirdin irəliləyişinə davamlı olaraq nəzarət etmək və çətinlik çəkdiyi mövzular üzrə həmin şagirdə uyğun həllər tətbiq etməklə tədbirlər görmək üçün imkan yaradır.

Bilikdəki “boşluqlar” müəyyən edilərək aradan qaldırıldıqda, şagirdlərin şüurunda boşluqların olmadığı, möhkəm struktur formalaşır ki, bununla da, əsaslı tədrisin davam etdirilməsi təmin olunur.

Nəticələrin İzlənməsi

Hər bir şagirdin irəliləyişi davamlı olaraq izlənilir və lazım olduqda bütün şagirdlərə ehtiyac duyduqları sahələrdə dəstək verilir. Geri qalmış şagirdlərin digər şagirdlər ilə eyni bilik səviyyəsinə çatdırılması üçün bütün mümkün vasitələrdən istifadə olunur. Şagirdlər tədris metodları haqqında məsləhətlər alır, akademik heyət tərəfindən motivasiya edilir və sinif yoldaşları və müəllimlər tərəfindən dəstək almağa həvəsləndirilirlər. SABIS® Şəbəkəsinə üzv məktəblərdə heç bir şagird diqqətdən kənar qalmır.

Onlayn Ödəniş

SABIS SUN Beynəlxalq məktəbi, təhsil haqqının ödənilməsi üçün məktəbə və ya banka baş çəkməyə kifayət qədər vaxtı olmayan valideynləri düşünərək onlayn ödəniş sistemini təklif edir. Ödənişlər tam və ya 3 hissə olmaqla tədris ili ərzində ödənilə bilər. Məktəb ödənişləri AZN (yerli valyuta) ilə aparılır lakin, beynəlxalq köçürmələr üçün məktəbin beynəlxalq valyuta hesabı da mövcuddur.


Ödənişlər haqqında daha ətraflı məlumat üçün məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilərsiniz finance@sabissun.sabis.net


Aşağıdakı müvafiq linkə daxil olaraq ödənişə davam edə bilərsiniz:

BAXÇANIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN

MƏKTƏBIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN