Qəbul Prosesi

Məktəbə Səfər

Şəhərciklə tanış olmaq və qəbul heyətimizin nümayəndələri ilə söhbət etmək üçün ailələrə məktəbi ziyarət etmək təklif olunur. E-poçt vasitəsi ilə bizimlə əlaqə saxlayaraq qəbula yazıla bilərsiniz admissions@sabissun.sabis.net.

Ərizə və Tələb Olunan Sənədlər

Lazım olan sənədlər:

  1. Doldurulmuş ərizə forması (Ərizə formaları məktəbin ofis binasından, E-poçt vasitəsi ilə və ya PDF formatında yüklənərək əldə edilə bilər).
  2. Doldurulmuş tibbi forma (Tibbi forma ofisdən və ya PDF formatında yüklənərək əldə edilə bilər). Uşaqlarınızın tam təhlükəsizliyini təmin etmək baxımından bilməli olduğumuz hər hansı mövcud tibbi problemləri qeyd etməyiniz xahiş olunur.
  3. Müvafiq olduqda , son iki tədris ilinə aid məktəb qiymət cədvəllərinin əsl nüsxələri. Cədvəldə sinif, tarix və nəticələr göstərilməlidir. (Məktəb qiymət cədvəlinin fotosurətini özündə saxlayacaqdır.)
  4. Doğum haqqında şəhadətnamə
  5. Uşağa və onun qəyyumuna aid etibarlı rezident vizasının olduğu pasportun surəti.
  6. Arxa hissədə şagirdin adı qeyd olunmaqla, yaxın zamanda çəkilmiş dörd ədəd pasport ölçülü fotoşəkil.

Bütün sənədlər təqdim edildikdən sonra onlar məktəbin mülkiyyəti hesab olunur.

Sınaq

2-ci və daha yuxarı sinfə daxil olmaq üçün müraciət edən şagirdlər qəbul prosesinin bir hissəsi kimi yoxlama sınaqlarından keçir. Bundan sonra yoxlama sınağının nəticələri qeydə alınır və məktəb şagirdlərin yerləşdirilməsi ilə bağlı qərar verir.

 

admissions@sabissun.sabis.net ünvanlı e-poçt vasitəsi ilə bizimlə əlaqə saxlayaraq yoxlama sınağı üzrə qəbula yazıla bilərsiniz. 

Qəbul Haqqında Qərarlar

Qəbulla bağlı qərarlar namizədlər diqqətlə qiymətləndirildikdən sonra verilir. Hər namizəd üzrə yoxlama sınağının nəticələri və əvvəlki məktəbə aid qiymət cədvəlləri ayrı-ayrı nəzərə alınır. Qəbulla bağlı əlavə meyarlara motivasiya, sosial və emosional inkişaf, gərgin rejimdə işləmə hazırlığı və SABIS® SUN məktəbinin namizədin ehtiyaclarını qarşılaya bilmə imkanı daxildir.

Qeyd edirik ki, qeydiyyat işlərini yekunlaşdırmaq üçün yuxarıda göstərilmiş sənədlər təqdim olunmalıdır. Bu məlumatlar olmadan qəbul ilə bağlı yekun qərar verilə bilməz.

Şagird qəbul prosesini keçdikdən və müvafiq ödənişlər edildikdən sonra onun üçün yer ayrılacaqdır.

 

Onlayn Ödəniş

SABIS SUN Beynəlxalq məktəbi, təhsil haqqının ödənilməsi üçün məktəbə və ya banka baş çəkməyə kifayət qədər vaxtı olmayan valideynləri düşünərək onlayn ödəniş sistemini təklif edir. Ödənişlər tam və ya 3 hissə olmaqla tədris ili ərzində ödənilə bilər. Məktəb ödənişləri AZN (yerli valyuta) ilə aparılır lakin, beynəlxalq köçürmələr üçün məktəbin beynəlxalq valyuta hesabı da mövcuddur.


Ödənişlər haqqında daha ətraflı məlumat üçün məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilərsiniz finance@sabissun.sabis.net


Aşağıdakı müvafiq linkə daxil olaraq ödənişə davam edə bilərsiniz:

BAXÇANIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN

MƏKTƏBIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN