Qəbul Siyasəti

Qəbul Siyasəti

SABIS® SUN Beynəlxalq Məktəbi 2017-2018 tədris ili üçün məktəbəqədər təhsil səviyyəsindən 10-cu sinfə qədər olan şagirdlərin ərizələrini qəbul edir.

Qeydiyyat prosesi haqda daha ətraflı məlumat üçün, Qəbul qaydaları səhifəsinə baxa və ya ssisbaku@sabis.net email göndərə bilərsiniz.

Qeyri-Selektiv Qəbul Siyasəti

SABIS® Təhsil Sistemi yüksək seçiciliyə malik olmayan yüksək səviyyədə tədris yönümlü sistemdir. Sinfə qəbul üçün əsas meyar kimi yaş yox, akademik nailiyyətlər götürülür. Yaş məhdudlaşdırıcı amil olsa da, eyni sinifdə bir-birlərindən üç yaşa qədər kiçik və ya böyük olan uşaqlara rast gəlmək mümkündür. Ümumiyyətlə, öyrənməyə hazır olan bütün şagirdlər məktəbə qəbul olunur.

Siniflərə Yerləşdirmə

Məktəbəqədər təhsil siniflərinə (3 yaşdan 5 yaşına qədər) qəbul ilə bağlı akademik tələblər mövcud deyil. Bu səviyyədən olan potensial şagirdlər müsahibədən keçir; onlar tualetdən istifadə etməyi bacarmalı, danışa və sadə təlimatlara əməl edə bilməlidir.

Bütün digər səviyyələrdən olan potensial şagirdlər ingilis dili və riyaziyyatın əsas mövzuları üzrə yoxlama testindən keçirilirlər. Bu testlər şagirdlərin hər bir fənn üzrə nəzərdə tutulmuş minimal standarta uyğun olub-olmadıqlarını müəyyən etməyə kömək edir. Bundan sonra məktəb yerləşdirmə üzrə yekun qərarını verir. Şagirdləri tələb edilən səviyyəyə çatdırmaq üçün müxtəlif alternativlər mövcuddur. Bu alternativlərə yay məktəbində iştirak və ya müəyyən fənn üzrə əlavə dərslər alma kimi seçimlər daxildir. Məktəb xüsusi akademik dəstəyə çox ciddi yanaşır.

SABIS® SUN International School — Baku, Azerbaijan

Username and password are required.
Incorrect Username / Password.
Please contact your system administrator to recover your SABIS® Password.