Akademik Hədəflər

SABIS® SUN məktəbinin yaxşı balanslaşdırılmış bilik, bacarıq və təcrübələr kompleksinə xüsusi əhəmiyyət verən tədris planı bütün sinif səviyyələri üzrə gündəlik tədris məqsədlərini müəyyən edir. Daim öyrənmə həvəsinin yaranmasına dəstək verən mühitdə şagirdlərə öyrənmə qaydaları izah olunur və möhkəm tədris bazasının inkişaf etdirilməsi üçün lazımi dəstək verilir.

3-cü sinifdən etibarən dərslərdə şagirdlərin öyrənməli olduğu məlumatlar müəyyən edilməyə başlanır. Bu məlumatlara SABIS Akademik Monitorinq Sistemi® (SABIS®AMS) tərəfindən sınaqdan keçirilmiş sadə anlayışlar, eləcə də hər kəsin bilməli olduğu materialı yoxlamaq üçün verilən Elementar Suallar daxildir. Bundan əlavə, SABIS® SUN məktəbində keçirilən dərslərə daha bacarıqlı şagirdlər üçün hazırlanmış əlavə materiallar daxildir.

Onlayn Ödəniş

SABIS SUN Beynəlxalq məktəbi, təhsil haqqının ödənilməsi üçün məktəbə və ya banka baş çəkməyə kifayət qədər vaxtı olmayan valideynləri düşünərək onlayn ödəniş sistemini təklif edir. Ödənişlər tam və ya 3 hissə olmaqla tədris ili ərzində ödənilə bilər. Məktəb ödənişləri AZN (yerli valyuta) ilə aparılır lakin, beynəlxalq köçürmələr üçün məktəbin beynəlxalq valyuta hesabı da mövcuddur.


Ödənişlər haqqında daha ətraflı məlumat üçün məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilərsiniz finance@sabissun.sabis.net


Aşağıdakı müvafiq linkə daxil olaraq ödənişə davam edə bilərsiniz:

BAXÇANIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN

MƏKTƏBIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN