Təhsilə yanaşma

Təhsilə yanaşma

SABIS® SUN olaraq, məktəbin dinamik bir icma olduğunu hesab edirik. İnzibatçılar, müəllimlər və şagirdlərin hər biri həmin icmanın vacib üzvləridir. Öyrənmə vahid komanda daxilində müştərək işin nəticəsidir.

SABIS® Şəbəkəsinə üzv məktəblərdə hamının görməli olduğu işlər mövcuddur və  hamı məsuliyyət daşıyır. Səhvləri aşkara çıxarmaq və aradan qaldırmaq üçün inzibatçılar, şagirdlər və işçi heyəti bir-birinin fəaliyyətini yoxlayır. Məhz kollektiv iş qrupun hər bir üzvünə fərdi şəkildə nail olması çətin olan zirvələrə çatmağa imkanı verir.

Təhsil sistemi

Dünyada SABIS® Şəbəkəsinə üzv olan bütün məktəblər kimi, 2017-2018-ci tədris ilində məktəbəqədər təhsil səviyyəsindən 10-cu sinfə qədər olan fərdlərin tam inkişafı üçün çalışacaq SABIS® SUN da yüksək akademik standartlara cavab verən, qeyri-selektiv, birgə təhsil verən, ingilis dilli və müstəqil əyani məktəbidir.

SABIS® SUN müxtəlif irqlərdən, millətlərdən və mənşələrdən olan uşaqlar üçün yüksək səviyyəli təhsil təmin edir. SABIS® SUN məktəbi olaraq şagirdlərin qabiliyyətlərini ən təqdirəlayiq şəkildə nümayiş etdirmələrinə, ən nüfuzlu universitetlərə qəbul olmalarına və karyeralarında müvəffəqiyyət qazanmalarına kömək edə biləcəyimizə inanırıq. Şagirdlərə yüksək etik, əxlaqi və sivil dəyərləri aşılamaqla yanaşı SABIS® SUN onların akademik səriştələrini, öyrənmə üsullarını, ünsiyyət bacarıqlarını və şəxsiyyətini inkişaf etdirir. Bundan əlavə, məktəbin çox-mədəniyyətli mühiti şagirdlərin dünya mədəniyyətləri haqda daha yaxşı anlayış əldə etməsinə imkan verir.

Tədris Planı

SABIS® SUN məktəbində tətbiq olunan tədris planı şagirdləri möhkəm tədris bazası yaratmaq üçün lazım olan bilik və bacarıqlarla təmin etmək məqsədilə SABIS® tərəfindən səciyyəvi şəkildə işlənib  hazırlanmışdır. Bu tədris bazası şagirdlərin tam potensiala nail olmasına və onlarda daim öyrənmə həvəsini inkişaf etdirməyə kömək edəcəkdir.

Siniflərdə Təlim

Müəllimlərin və şagirdlərin nələrin öyrənilməli olduğunu dəqiq bilmələri üçün SABIS® Şəbəkəsinə daxil olan məktəblərdəki şagirdlərə keçilən bütün dərslər aydın şəkildə strukturlaşdırılmışdır. Müəllimlər SABIS Mövzu Sistemindən® istifadə edərək  konsepsiyaları bir-bir öyrədir və şagirdlərin diqqətinin yayınmasının qarşısını almaq  məqsədi ilə şifahi, fərdi və qrup işləri hər dərsdə tez-tez bir-birini əvəz edir.

Şagirdlər müəllimlərin əvvəlcədən görmədiyi imtahanlar vasitəsilə müntəzəm qiymətləndirmədən keçirlər. Məktəbdəki hər bir kəs məsuliyyət daşıyır. Buna görə də şagirdlər sinifdə daha çox biliklərə yiyələnir və məktəbdən sonra onların istirahətə və əyləncəyə daha çox vaxtları qalır.

Şagirdlərin Nəticələrinin İzlənməsi

Digər şagirdlər ilə eyni bilik səviyyəsinə çatdırılana qədər aşağı nəticə göstərmiş şagirdlər müvafiq qaydada həvəsləndirilir, onlara tövsiyələr verilir, yardım göstərilir və təlim keçilir.

Öyrənmə Prosesi

SABIS® SUN məktəbində tədris olunan bütün fənlər hərtərəfli şəkildə təşkil edilir. Bilik boşluqlarını aşkarlama üzrə kompüterləşdirilmiş üsul olan SABIS® AMS akademik izləmə sistemi rəhbərliyə hər bir fərdin irəliləyişinə yaxından nəzarət etmə imkanı verir. Meydana çıxan boşluqlar dərhal müəyyən edilir və onların aradan qaldırılması üçün müəyyən tədbirlər görülür Dəyərli vaxta qənaət edilir və şagirdlərdə heç bir boşluğun olmadığı vahid bilik strukturu formalaşır.

ŞHT®

SABIS Şagird Həyatı Təşkilatı® (ŞHT®) SABIS® SUN məktəbinin işçi heyəti ilə birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. ŞHT® təşkilatının üzvləri şagirdlər arasında populyarlığına görə onlar tərəfindən səsvermə nəticəsində seçilmir - onlar öz bacarıqlarına əsasən rəhbərlik tərəfindən təyin edilir. ŞHT® təşkilatının məqsədləri aşağıdakılardır:

·         Akademik standartları yüksəltmək

·         Yüksək sosial və əxlaqi dəyərləri təşviq etmək

·         Şagirdlərin şəxsi inkişafına töhfə vermək

·         Ünsiyyət və idarəetmə bacarıqlarını inkişaf etdirmək

·         Şagirdləri idman tədbirlərinin təşkilinə cəlb etmək.

SABIS® SUN International School — Baku, Azerbaijan

Username and password are required.
Incorrect Username / Password.
Please contact your system administrator to recover your SABIS® Password.