Tarix

SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində qapılarını məktəbəqədər təhsil səviyyəsindən 8-ci sinfə qədər olan şagirdlərin üzünə açmışdır və hər il yeni bir sinif əlavə olunur. Hal-hazırda məktəbdə məktəbəqədər təhsil səviyyəsindən 11-ci sinfə qədər olan şagirdlər təhsil alır. Məktəb Xəyal Adası inkişaf layihəsi daxilində 67 000 kvadrat metr sahəyə malik şəhərcikdə yerləşir. 

SABIS® Şəbəkəsinə üzv olan digər məktəblərdə olduğu kimi, SABIS® SUN həm yerli, həm də beynəlxalq icmalara xidmət göstərən çoxmillətli, qeyri-selektiv, birgə təhsil verən, müstəqil, ingilis dilli əyani məktəbidir. 

SABIS® SUN Beynəlxalq Məktəbində İngilis dili Azərbaycan ədəbiyyatı, coğrafiyası və tarixi istisna olmaqla bütün akademik fənnlərin tədrisində əsas dildir.

İngilis dili birinci dil  və dövlət dili olaraq Azərbaycan dilindən əlavə,  2018-2019-cu tədris ilindən başlayaraq SABIS® SUN Beynəlxalq Məktəbi Rus dilinin tədrisinə olduğu qaydada davam edəcək və Fransız dilini 3-cü dil kimi təqdim edəcək. 

SABIS® SUN ilk məktəbinin açılması ilə 1886-cı ildə təsis edilmiş beynəlxalq SABIS® Şəbəkəsinin bir hissəsidir. Artıq 132 ildir ki, SABIS® Şəbəkəsinə üzv olan məktəblər dəyişən dünyada müvəffəqiyyət qazanmaq üçün lazım olan bilik və bacarıqlara sahib şagirdlər yetişdirir. Hal-hazırda SABIS® Şəbəkəsi beş qitədə və 20 ölkədə fəaliyyət göstərən məktəblərdə 70.000 şagirdə təhsil verir.

Onlayn Ödəniş

SABIS SUN Beynəlxalq məktəbi, təhsil haqqının ödənilməsi üçün məktəbə və ya banka baş çəkməyə kifayət qədər vaxtı olmayan valideynləri düşünərək onlayn ödəniş sistemini təklif edir. Ödənişlər tam və ya 3 hissə olmaqla tədris ili ərzində ödənilə bilər. Məktəb ödənişləri AZN (yerli valyuta) ilə aparılır lakin, beynəlxalq köçürmələr üçün məktəbin beynəlxalq valyuta hesabı da mövcuddur.


Ödənişlər haqqında daha ətraflı məlumat üçün məktəb rəhbərliyi ilə əlaqə saxlaya bilərsiniz finance@sabissun.sabis.net


Aşağıdakı müvafiq linkə daxil olaraq ödənişə davam edə bilərsiniz:

BAXÇANIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN

MƏKTƏBIN TƏHSIL HAQQINI ÖDƏMƏK ÜÇÜN KLIKLƏYIN