Rəylər

Rəylər

SABIS® Şəbəkəsi məmnun valideynlər, şagirdlər və işçi heyəti üzvlərindən ibarət uzun siyahı ilə qürur duyur.

 

  • Mən çox şadam ki, qızım SABIS® SUN məktəbində təhsil alır. Burada qazandığı təcrübələr, öyrəndiyi qayda-qanunlar, SLO ® fəaliyyətlərində iştirakı onun həyatında böyük təsirə malikdir. Övladım həm sosial həm də dil bacarıqlarını inkişaf etdirir.
    Marqarita Kaşkay valideyn
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Hesab edirəm ki, Azərbaycanda ən yaxşı beynəlxalq məktəb SABIS® SUN məktəbidir. Valideynlərə övladını bu məktəbi seçməklə onların təhsilinə və gələcəyinə sərmayə qoymalarını məsləhət görürəm.
    Asif Əsgərov valideyn
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Övladlarım bu məktəbdə təhsil alır və bunun üçün də çox məmnunuq.
    Ramilə Məmmədova valideyn
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Oğlum SABIS® SUN məktəbində, KG1-də təhsil alır və o, həqiqətən də qısa müddət ərzində gözləntilərimizi doğrultdu. Hal-hazırda dərslərini həvəslə oxuyur. Məktəbin çox gözəl, məsuliyyətli və kreativ işçi heyəti var. Çox gözəl təcrübə əldə etdik.
    Mj Torregosa Molla valideyn
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Oğlum məktəbə getməyi və müəllimlərini çox sevir. Müəllimlərinin onu yüksək qiymətləndirdiklərini hiss edir və dərslərində böyük irəliləyişə nail olur. Buna görə də çox minnətdarıq.
    Çinarə Fətəliyeva valideyn
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Baxmayaraq ki, 2 övladımız digər məktəbdən SABIS® SUN məktəbinə keçirilmişdir, onlar hər gün məktəbdə öyrəndiklərini və qazandıqları təcrübələri bizimlə həvəslə bölüşürlər. Bu da onu sübut edir ki, SABIS® SUN məktəbini seçməklə onlar üçün ən doğru qərarı vermişik.
    Con Millet valideyn
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Bu məktəbi xüsusi və fərqli edən onun təhsili, yeməkləri və məktəb formasıdır.
    Nəzrin Sadıqova Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Bu məktəb bizə çox yaxşı təhsil verir və ehtiyacımız olan bilik ilə bizi təmin edir. Məktəbdə olan gündəlik nəzarət məktəbin təhlükəsiz olmasını bizə hiss etdirir. Eyni zamanda, hər hansı bir problemimiz yaranarsa işçi heyətinə və ya nəzarətçimizə müraciət edə bilirik. Məktəbdə kobudluq və ya dava olmur. Bu səbəblərdən də, SABIS® məktəbini sevirəm.
    Teymur İmanov Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Bu məktəbdə sevdiyim bir çox xüsusiyyətlər var. Çoxlu dostlarım var. İdman dərsini və ingilis dilini çox sevirəm
    Şamil Əsgərli Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Bizi keyfiyyətli dərslər ilə təmin etdiyi üçün bu məktəbi bəyənirəm. Çox böyük oyun meydançamız var. Müəllimlərimiz dərsi ətraflı izah edirlər və hər şeyi başa düşürəm.
    Mehdi Aslanov Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi


  • SABIS® SUN bizə balanslı şəkildə həm əyləncə həm də, tədris imkanları yaradır. SLO® bizi əyləncəli fəaliyyətlər ilə təmin edir və düzgün davranmağı öyrədir. Müəllimlər və nəzarətçilər mehribandırlar, məktəb isə böyük və gözəldir.
    Akif Əliyev Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi


  • Çoxlu dostlarım olduğu üçün bu məktəbi sevirəm. Həmçinin bir sıra idman fəaliyyətlərimiz var. Ən çox sevdiyim fənnlər azərbaycan dili, riyaziyyat, ingilis – dili, bədən tərbiyəsi və SLO® dərsləridir. Düşünürəm ki, bu məktəb çox gözəl məktəbdir. Yardımsevər müəlimləri ilə belə fəal məktəb hələ görməmişdim.
    Nehir Su Yıldız Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Çoxlu dostlarım olduğu üçün bu məktəbi sevirəm. Burada yeni məlumatlar öyrənir və çoxlu oyunlar oynayırıq. Ən çox sevdiyim fənnlər riyaziyyat, ingilis və rus-dilidir. Yeni dostlar qazanmaq üçün bu məktəb ən gözəl məkandır.
    Maqsud Ibrahimov Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN digər məktəblərdən fərqlidir. Dərslərimizdə köməyə ehtiyacımız olduqda müəllimlərdən əlavə dərslər alırıq.
    Roza Xanlarova Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Məktəbimizin gözəl təhsil sistemi mövcud olduğu üçün xüsusidir. Burada nizam-intizam olduqca önəmlidir. Bu mənim birinci ilimdir və məktəbimi sevirəm.
    İsmayıl Rəhimov Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN Beynəlxalq Məktəbi çox yaxşı məktəbdir. Gözəl və gülərüz müəllimlərimiz var. Tənəffüs vaxtlarında futbol meydançasında futbol oynayırıq və SLO® dərsi müddətində əyləncəli zaman keçiririk. Məktəbdə hər gün istifadə edə biləcəyimiz böyük kitabxanamız var. Bundan əlavə, futbol, fransız dili, basketbol və digər dərnəklər də mövcuddur.
    Veysəl İsayev Şagird
    SABIS® SUN International School

  • Məktəbimiz fərqli bir məktəbdir. Bizim çox böyük stadionumuz var və imtahanlarımızı kompyuterdə edirik.
    Cəfər Hüseynov Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Oğlumuzun imtahan nəticələrini əldə etdik və məktəbin tətbiq etdiyi strategiyadan olduqca məmnunuq. Oğlumuzun qiymətlərinin yüksəldiyini görmək bizi təəccübləndirdi. Nəticələri 88% olmuşdur və bilirik ki, məktəbdə aldığı əlavə dərslər nəticələrinin yüksəlməyinə kömək olmuşdur. Hər kəsə, xüsusi ilə də AQC, Scott bəyə təşəkkür edirəm.
    Samir Əkbərov valideyn
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN gözləntilərimi doğrultdu. Ilk başlarda bu məktəbi digər məktəblərdən fərqləndirmək çətin idi. Lakin, oğlum il yarım SABIS® SUN məktəbində təhsil aldıqdan sonra deyə bilərəm ki, təhsil sistemindən çox razıyam və övladımın gözləntilərimdən də artıq uğur əldə etdiyinə görə çox şadam.
    Nüşabə Əsgərli valideyn
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN -un ən çox sevdiyim tərəfi burada şagirdlərə müxtəlif mühitdə qarşılıqlı əlaqədə ola bilmə şansı verilməsidir. Bu müxtəliflik məktəbdə unikal beynəlxalq cəmiyyət formalaşdır. Bəzən mədəniyyət fərqliliyi bizi bir-birimizdən fərqləndirir, lakin burada bu fərqlilik şagirdləri daha yaxın edir, stimullaşdırıcı akademik proqram ilə mükəmməl mühit formalaşdırır.
    Xəyalə Əliyeva valideyn
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Bir bağça müəlliməsi kimi, şagirdlərimi həyatı boyunca davam edəcək öyrənmə proseslərinə alışdırıram. Şagirdlər məktəbdə ruh yüksəkliyi ilə iştirak edirlər və buna görə də, böyük naliyyətlər əldə edəcəklərinə heç bir şübhəm yoxdur.
    Robin Reifel Bağça müəlliməsi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Şagirdlərin gözəl və pozitiv ətraf mühitdə inkişafını təmin etdiyi üçün SABIS® SUN –da işləməyi sevirəm. SABIS® SUN -un gözəl və pozitiv atmosferində əla nəticələr əldə etmək üçün müəllim və şagirdlər səylə çalışırlar.
    Amanda Zetah İngilis-dili müəlliməsi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® ailəsinin bir üzvü olduğum üçün çox fəxr edirəm cünki, SABIS® dəyərləri bütün dünyada təbliğ olunur. Tələbə həyatı koordinatoru kimi, vəzifəm, tələbələrin həyatında fərqlilik yaratmaq və eləcə də, onların ətrafındakı digər insanların da həyatında fərqlilik yaratmağı öyrətməkdir. SABIS® SUN-da SLO® həmçinin şagirdləri dəyişən dünya ilə üzləşməyə və problemləri müstəqil şəkildə həll etməyə hazırlayır. Şagirdlər gələcək karyeralarını bilik, tolerantlıq, digər insanlara qarşı hörmət etmək və öz gücləri hesabına qura biləcəklər. Bu məktəb şagirdlərin öz ideyalarını bölüşdüyü, dəyərləndiyi və inkişaf etdirdiyi bir məkandır. Bu ailənin bir üzvü olmaqla bizə xöşbəxt hiss etdirdiyi səbəblərdən biri də məktəbdə həmkarlarım arasında olan bütövlük və etibardır. Yaxşı işin yeganə yolu etdiyin işi sevməkdir və mən işimi sevirəm.
    Nərminə Xəlilova Şagird Həyatı Təşkilatı® üzrə Koordinator
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Ofis menecer olmaqla mən məktəbdə gündəlik işləri necə icra etməyi öyrəndim. Təşkilati və ünsiyyət bacarıqlarımı inkişaf etdirmişəm, işçi heyəti və valideynlər ilə xüsusi dostluq münasibəti qurmuşamı. Bu mənə inkişaf etməyə və uğurlu olmağa, bu günki müəssələrdə uğura nail olmaq üçün daha inamlı və peşəkar bir kadr olmağa imkan yaratdı. Mənim üçün SABIS® SUN –da hər gün yeniliklərlə dolur bir gündür. SABIS® SUN-da çalışmağa başladığım gündən etibarən, heç vaxt bu qədər xöşbəxt və işə bağımlı olmamışdım. Əldə etdiyim təcrübələr məni dəyişməyə uyğunlaşdırdı, komanda ruhu isə, həqiqətən işə gəlməkdən zövq almağıma dəstək oldu. SABIS® SUN –a başlamağımın ən önəmli səbəblərindən biri də həqiqətən fərqlilik yaratmağa çalışan peşəkarlardan ibarət geniş şəbəkənin bir üzvü olmaqdır.
    Gülüstan Qəhrəmanova Ofis menecer
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN işləmək üçün əla məktəbdir. Hər gün şagirdlərə dərs keçmək və onlara tam potensialları ilə kömək etmək üçün həvəslə oyanıram. SABIS® SUN-da ətraf mühit pozitiv, isti və sevgi doludur və burada işlədiyim üçün çox məmnunam.
    Lindsay Meltzer İngilis dili müəlliməsi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN hər bir şagirdin ümid və gözləntilərini doğruldan və onları yüksək keyfiyyətli təhsil ilə təmin edən bir məktəbdir.
    Əli Tatlı PR menecer vəTəshil Məsələləri üzrə koordinatoru
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Mən 2009-cu ildən etibarən SABIS® -də çalışmağa başladım və bu mənim üçün əla təcrübə oldu. Bu günə qədər verdiyim ən yaxşı qərar bu şirkətlə çalışmaqdır. Bu məktəbdə işləmək təkcə müəllimlik karyeramı davam etdirməyə imkan yaratmadı, eyni zamanda məni yeni mədəniyyətlər ilə tanış etdi. SABIS® SUN- un yaxşı təşkil olunmuş sistemi, pozitiv və mehriban atmosferi stabillik və ardıcıllıq ilə müəllimlərə tədris yaradıcılığını inkişaf etdirməyə imkan yaradır və hər bir tələbəni keyfiyyətli təhsil ilə təmin edir. SABIS® SUN-da çalışmaq mənə gözəl insanlarla işləmək və sevimli tələbələrə dərs keçmək imkanı yaratdı. Mən burada olduğum və bu məktəbdə çalışdığım üçün çox xoşbəxt və minnətdaram.
    Rim Al Khatib Təbiət elimləri koordinatoru / Riyaziyyat və təbiət elimləri müəlliməsi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN həqiqətən şagirdlərin qayğısına qalır və onları gözəl bir gələcək üçün hazırlayır. Müəllim həmkarlarım və işçi heyətimiz bütün şagirdlərin fərdi ehtiyaclarını qarşılayır və dəstək olur. SABIS® öz dəyərləri, standartları və tədris metodikası ilə bütün şagirdləri ən gözəl mühit və təhsil təcrübəsi ilə təmin edir. Məktəbdə həmçinin güclü dostluq hissi və birlik mövcuddur. Buranın bir hissəsi olduğum üçün fəxr edirəm.
    Emil Hüseynov Tarix və coğrafiya müəllimi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN heyranedici bir məktəbdir. Təkcə təhsilinə görə deyil, həmçinin şagirdlərin sağlamlığının və rifahının da qayğısına qaldığına görə bu məktəb şagirdlər üçün ən doğru seçimdir. Məktəbin ilk təcili yardım və ambulator müalicə üçün lazım olan bütün dərman və avadanlıqlar ilə təchiz olunmuş tibbi otağı var. Bundan əlavə, məktəbdə gigiyena standartları cox yüksəkdir. SABIS® SUN-un ən yüksək dəyərlərindən biri də ümumi sağlamlıq üçün lazım olan yüksək keyfiyyətli ərzaqlar ilə şagirdləri səhər və günorta yeməyi ilə təmin etmək, onları sağlam həyat tərzinə təşviq etməkdir. Heyət üzvü olaraq, yüksək peşəkarlığı və seçilən şəxsi keyfiyyətləri olan insanlarla çalışdığıma görə çox şadam. Valideyn olaraq, övladlarım üçün ən mükəmməl məktəb kimi SABIS® SUN –I seçərdim.
    Maya Sultanova Məktəb həkimi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN –da işlədiyimə görə çox şanslıyam. Məktəbdə olan təhlükəsiz ətraf mühit şagirdlərin özlərini evlərindəki kimi hiss etməsinə şərait yaradır. Şagirdlərin üzlərində gördüyüm təbəssüm mənə güc verir və məni xoşbəxt edir. SABIS® SUN komandasına qoşulduğum ilk günü heç bir zaman unutmayacağam və burada işimin gözləntilərimdən də artıq olmasını anladım. Mən, məktəbimin Azərbaycanda parlaq nəsillərin inkişafına öz yüksək töhvəsini verəcəyinə inanıram.
    Nilufər Əbilova KG1 müəllim köməkçisi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN Beynəlxalq Məktəbində işləmək əla təcrübədir. Hər bir heyət üzvünün digərinin qayğısına qalan bir isti mühitdə hələ heç bir zaman işləməmişdim. Bu gözəl komandanın bir üzvü olduğum üçün çox minnətdaram. Müxtəlif imkanları olan bir məkanda çalışmaq istəyirsinizsə, SABIS® SUN –u seçin.
    Sevinc İskəndərova KG2 müəllim köməkçisi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN –da dərs demək həqiqətən də zövq vericidir. Mənim şagirdlərim, parlaq gələcəyi olan həvəslə dolu və çalışqan gənc öyrəncilərdir və burada əməyim olduğu üçün şadam.
    Erin Koon İngilis dili müəlliməsi
    SABIS® SUN Beynəlxalq Məktəbi


  • Anladım ki, SABIS® SUN -un cəlbedici ətraf mühiti sayəsində şagirdlər həvəslə və fəal şəkildə dərsləri ilə məşğul olurlar. Bundan əlavə düşünürəm ki, SABIS® SUN -da işləmək müəllimlər üçün ruhlandırıcı və faydalı məkandır. Mən bu komandanın üzvü olduğumdan zövq alıram və önümüzdəki illərdə bərabər çalışmağı səbirsizliklə ümid edirəm.
    Rena Sadıqova Riyaziyyat və informatika müəlliməsi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN Beynəlxalq Məktəbi işləmək üçün əla məktəbdir. Bu məktəb gözəl imkanları və müəllimləri sayəsində, mükəmməl ətraf mühitdə şagirdlərə təhsildə uğur qazanmağa imkan yaradır. Xüsusi ilə SABIS® SUN-da işləməkdən zövq alıram. Çünki, inanıram ki, biz şagirdləri dərslərini öyrənməyə səmimi, isti və sevgi dolu bir mühitdə ruhlandıra bilərik.
    Rafe Havkins - Hill Təbiət elimləri və riyaziyyat müəllimi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN öz dəyərlərinə, etikasına və şagirdlərə tədris olunan mükəmməl təhsil simteminə görə məşhur məktəbdir. Məktəb şagirdlərə inkişaf etməyə kömək edir və onları dəyişən dünyaya hazırlayır. Pozitiv və isti mühit işçi heyətini hər zaman əllərindən gələni etməyə həvəsləndirir. SABIS® şəbəkəsində işlədiyim üçün çox xoşbəxtəm.
    Günel Cəfərova Avtobus nəzarətçisi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Bu komandanın bir üzvü olduğum üçün çox şadam. SABIS® SUN –da günlərim maraqlı və şən keçir. Bu məktəbdə karyeraya sahib olmaq üçün gözəl imkanlar var.
    Türkan Nəzirova Avtobus nəzarətçisi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN işləmək üçün əla məkandır və mən bu komandanın üzvü olmaqdan zövq alıram. Heç vaxt bu cür isti mühitdə işləməmişdim. SABIS®-in öz çox effektiv tədris metodikası var. İşçilər arasında olan dəstək, verilən məsləhət və səmimi atmosferi yüksək qiymətləndirirəm. SABIS®-də işlədiyim üçün həqiqətən fəxr edirəm.
    Ramidə İbrahimova Rus dili müəlliməsi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN Beynəlxalq Məktəbində çalışmaq mənim üçün mükəmməl təcrübə oldu. Yeni müəllimə olaraq hesab edirəm ki, isti və qayğıkeş ətraf mühitdə şagirdləri öyrənməyə, inkişafa və yaradıcılığa tam potensialları ilə nail olmağa ruhlandırdığı üçün belə bir təşkilatda çalışdığıma görə çox şadam.
    Nərmin Amanova Riyaziyyat müəlliməsi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN Bakıda yüksək keyfiyyətli təhsili olan məktəbdir, burada belə bir məktəb tapmaq çətindir. SABIS® məktəbi məşhur bir məktəbə çevrilmişdir. Bu cür isti və səmimi atmosferdə çalışdığım üçün fəxr edirəm.
    Sevinc Qənbərova Avtobus nəzarətçisi
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Bu məktəb burada olan digər məktəblərdən fərqlənir. Məktəbdə çoxlu dərsdənkənar fəaliyyətlər mövcuddur. Həmçinin SLO® şagirdlərin həyatında mühim rol oynayır və yüksək təhsilə nail olmaq istəyən yuxarı sinif şagirdlərinə məsləhət verir və dəstək olur.
    Fikrət Jarullazadə Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Düşünürəm ki, SABIS® SUN ölkədə ən gözəl məktəbdir. Müəllimlər çox mehribandır lakin, eyni zamanda bizə nizam-intizamı öyrədir və həyatı bacarıqlarımızı inkişaf etdirməyə həvəsləndirir.
    Ziya Süleymanov Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Məktəbin mükəmməl təhsil sisteminin və SLO® departamentinin olmasına görə bu məktəbi çox sevirəm. Müəllimlər hər zaman bizə dərsi yenidən izah etməyə və kömək etməyə hazırdırlar. Həmçinin məktəbin çox gözəl imkanları mövcuddur. SABIS® SUN ABŞ-da təhsil xəyallarım üçün mənə dəstək və istiqamət verir.
    Mahir Aslanov Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi


  • SABIS® SUN məktəbdə olan hər bir şagirdə gözəl imkanlar yaradır. Burada ilk ilimdir və bu məktəbdə sosial bacarıqlarım və ingilis dili səviyyəm əhəmiyyətli dərəcədə inkişaf etdi. Bu məktəbi digər məktəblərdən fərqləndirən əsas xüsusiyyətlərindən biri, buranın nizam-intizam səviyyəsi və şagirdlər arasında mehriban atmosferin olmasıdır. Əlavə olaraq, SLO® bizə yüksək nailiyyətləri əldə etməyi öyrədir.
    Cənnət Kaşkay Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN Beynəlxalq Məktəbi hərtərəfli mükəmməl məktəbdir. Təhsil çox yüksək səviyyədə tədris olunur. Məktəb öz təhsil sisteminə və müxtəlif imkanlarına görə xüsusi ilə seçilir. SLO® -nun olması çox gözəldir, cünki bizə müstəqil böyüməyi və müxtəlif yöndə cəmiyyətə faydalı olmağı öyrədir.
    Əli Şadfer Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Düşünürəm ki, məktəb təhsil, nizam -intizam və əyləncə arasında yaratdığı balansa görə Azərbaycanda ən yaxşı məktəblərdən biridir. SABIS® SUN gələcəyim üçün məni düzgün istiqamətləndirir. Bu məktəbi ona görə sevirəm ki, SLO® - həyatımı dəyişdi və şəxsi keyfiyyətlərimi inkişaf etdirdi. İnanıram ki, məktəb gələcəyimi bu şəkildə yenə dəyişəcək və mən məktəbi daha çox sevəcəyəm. SABIS® SUN şagirdlərini parlaq gələcək ilə təmin edir.
    Mərcan Firozi Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Düşünürəm ki, bu məktəbdə olan təhsil səviyyəsi Azərbaycanda hər hansı bir məktəbin təhsil səviyyəsindən daha yüksəkdir. SABIS® SUN məktəbində üzgüçülük, futbol, basketbol və digər fəaliyyətlər mövcuddur. Burada müəllimlər çox peşəkardır və ehtiyacımız olduqda müəllimlərdən yardım ala bilirik.
    Rəsul Yarməmmədli Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Bu məktəbdə olan şagirdləri və müəllimləri çox istəyirəm. Mənə görə burada təhsil ən gözəl üsul ilə tədris olunur. Müəllimlərin dərsi izah etmə üslubu və hər kəsin bir birinə hörmətlə yanaşmağı valehedicidir
    Fatimə Cəlilova Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Ilk öncə demək istərdim ki, mən bu məktəbi sevirəm. Özünəməxsus təhsil metodikası ilə bütün dünyada yayılmışdır.
    Osman Qurbanov Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Bu məktəb həm imkanlarına həm də təhsilinə görə çox gözəldir. Geyindiyimiz məktəb formasını həqiqətən xoşlayıram. Qaydaların çox olmasına baxmayaraq inanıram ki, bu bizi disiplinli gələcəyə hazırlayır.
    Gönçə Salahova Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • Məktəb digərlərindən müntəzəm olaraq həftəlik keçirdiyi imtahanlarına görə fərqlənir. Məktəb hər həftə keçirilən mövzuları daima yadda saxladığımızdan əmin olur. Ümumilikdə məktəb mükəmməldir. İnanıram ki, məktəbi ziyarət edən və burada təhsil alan hər bir şagird mənim kimi məmnundur.
    Elmar Dağbəyli Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi

  • SABIS® SUN məktəbi bizə qərar qəbul etməyi öyrədir. Bu məktəb bizə hər şeydə məsuliyyətli olmağı aşılayır. Məktəbin öz sistemi var və bunun sayəsində digər məktəblərdən fərqlənir. SABIS® SUN-da arzular gerçəkləşir.
    Amid Həsənov Şagird
    SABIS® SUN Beynəlxalq Məktəbi
SABIS® SUN International School — Baku, Azerbaijan

Username and password are required.
Incorrect Username / Password.
Please contact your system administrator to recover your SABIS® Password.