Məktəbdə Keçirilən Tədbirlər

Məktəbdə Keçirilən Tədbirlər

SABIS® SUN Beynəlxalq Məktəbi tədris ili ərzində valideynlərin və şagirdlərin maraqla gözlədiyi bir sıra önəmli tədbirlər təşkil edir. Şagirdlər istedadlarını göstərmək, maraqlarını və biliklərini genişləndirmək və eyni zamanda həm yerli, həm də beynəlxalq səviyyədə təşkil olunan bir sıra akademik və idman tədbirlərindən təcrübə qazanmaq üçün unikal imkana malikdirlər. 

 

Əsas tədbirlərə daxildir;

 

- SABIS® Regional Turniri, hər iki ildən bir təşkil olunan və SABIS® məktəblər şəbəkəsində təhsil alan idmançı tələbələrdən  ibarət komandaların iştirak etdiyi bir beynəlxalq idman müsabiqəsidir.

SABIS® STARS, SABIS® məktəblər şəbəkəsində təhsil alan şagirdlərin bilik məharətlərini və tənqidi düşünmə bacarıqlarını nümayiş etdikləri və yarışdıqları bir beynəlxalq təhsil müsabiqəsidir.

- Açiq Qapı günü, həmin gün potensial valideynlər məktəb ərazisini ziyarət edə və keçirilən SABIS®Təhsil Sistemi ilə daha yaxından tanış olma və ətraflı məlumat əldə etmələri üçün məktəbə dəvətlidirlər

- İstedad müsabiqəsi 2-9-cu sinif şagirdlərinin istedadlarını nümayış etdikləri müsabiqədir. Müsabiqəyə mahnı oxumaq, rəqs etmək və musiqi performansları daxildir.

- Il ərzində çoxsaylı xeyriyyə təşkilatları üçün toplanan ianələr və yardım xarakterli təşkil olunan tədbirlər.

 

 SLO® departamenti həmçinin müntəzəm olaraq təhsillə bağlı viktorinalar, Spelling Bee yarışması, riyazi viktorinalar və digər əyləncəli müsabiqələr təşkil edir. 

 

Balet, üzgüçülük, gimnastika, basketbol, futbol və qolf da daxil olmaqla bir sıra dərslərdən sonraki fəaliyyətlər və dərnəklər mövcuddur.

SABIS® SUN International School — Baku, Azerbaijan

Username and password are required.
Incorrect Username / Password.
Please contact your system administrator to recover your SABIS® Password.